“Axios” – Moskvaya səfəri zamanı Retklif Tramp, Zelenski və Putinin iştirakı ilə sammitin keçirilməsi təklifi ilə çıxış edib

10:59, 30.08.2026

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin  direktoru Con Retklif ötən həftə Moskvaya səfəri zamanı müharibəyə son qoymaq məqsədilə Donald Tramp, Volodimir Zelenski və Vladimir Putinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi təklifini irəli sürüb, – bu barədə “Axios” nəşri iki mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Retklifin səfərinin əsas məqsədlərindən biri Rusiya xüsusi xidmət orqanları rəhbərlərinin Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə danışıqların bərpasına razı sala biləcəyini müəyyənləşdirmək olub.

“Axios”un məlumatına görə, avqustun 28-də amerikalı rəsmi şəxslər Zelenskiyə Retklifin Moskvada keçirdiyi danışıqlar və üçtərəfli sammitin təşkili təklifi barədə məlumat veriblər. Tramp administrasiyası bu ideyanı daha əvvəl də təklif etmişdi. Zelenski bunu dəstəkləyirdi, lakin Putin rədd etdi.

Məlumat üçün bildirək ki, Ratkliff ötən həftə gizli şəkildə Moskvaya gəlib və orada Rusiyanın xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla görüşüb.

Bundan əvvəl “New York Times” qəzeti Ratkliffin Bortnikovu vəziyyət pisləşməzdən əvvəl Rusiya ilə sülh müqaviləsi imzalamağa çağırdığını yazırdı.

“Axios” mənbələrinin məlumatına görə, Ratkliff Bortnikovun konstruktiv oyunçu olduğu və diplomatik səylərin yenilənməsinə kömək edə biləcəyi qənaətinə gəlib.

Oxşar