"Axios" - Marko Rubio və Stiv Uitkoff İranla razılaşma məsələsi ilə bağlı Qətərin baş naziri ilə görüşüblər
ABŞ-ın dövlət katibi və prezidentin xüsusi nümayəndəsi İranla razılaşma məsələsi ilə bağlı Qətərin baş naziri ilə görüşüblər. Bu barədə “Axios” yazır.
Nəşrin məlumatına görə, Marko Rubio və Stiv Uitkoff İranla razılığa gəlmək üçün Mayamidə Məhəmməd Əbdürrəhman əl-Tani ilə görüşüblər.
“Qətər, Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı razılığa gəlmək üçün birlikdə çalışırlar. Vasitəçilər hər iki tərəfi gərginliyi azaltmağa və diqqəti razılığın əldə olunmasına yönəltməyə çağırırlar”, – mənbələrdən biri “Axios”a bildirib.
Xatırladaq ki, ABŞ müharibəyə son qoymaq məqsədi daşıyan anlaşma memorandumu ilə bağlı İrandan cavab gözləyir.