“Axios” – ABŞ Ukraynaya Donbası təhvil vermək müqabilində NATO-nun beşinci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri təklif edir
“Axios” – ABŞ Ukraynaya Donbası təhvil vermək müqabilində NATO-nun beşinci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri təklif edir

ABŞ Ukraynaya Donbası təhvil vermək müqabilində NATO-nun beşinci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətləri təklif edir. Bu barədə “Axios” məlumat yayır.

Ağ Evin rəsmi nümayəndəsi “Axios”la danışarkən qeyd edib ki, üç ayrı saziş imzalanacaq – sülh, təhlükəsizlik zəmanətləri və bərpa ilə bağlı.

“İnsanlar yalnız itirdiklərini deyil, həm də əldə etdiklərini gördüklərində, onlar daha çox irəliləməyə yönəlirlər. Hazırkı təklifə əsasən, müharibə Ukraynanın ərazisinin 80%-ində suverenliyini qoruması, indiyə qədər əldə etdiyi ən böyük və güclü təhlükəsizlik təminatlarını alması və rifahı təmin etmək üçün çox mühüm tədbirlər paketini qəbul etməsi ilə başa çatacaq”, – Ağ Evin anonim nümayəndəsi “Axios”a müsahibəsində bildirib.

Medianın yazdığına görə, ABŞ Ukrayna Prezidenti Volodimir Zelenskinin ərazi məsələləri ilə bağlı referendum keçirilməsi barədə açıq bəyanatını irəliləyiş kimi qiymətləndirir.

Ağ Evin nümayəndəsi “Axios”a bildirib ki, bu müzakirələr və ABŞ-Ukrayna danışıqlarının son raundu kifayət qədər irəliləyiş göstərib ki, Donald Tramp Avropada danışıqlar aparmaq üçün Stiv uitkoffu və Cared Kuşneri göndərə bilsin.

“Onlar sülh üçün bir şans olduğuna inanırlar və prezident onlara güvənir”, – Ağ Evin nümayəndəsi “Axios”la söhbəti zamanı bildirir.

Bununla yanaşı, Ağ Evin nümayəndələrindən biri qeyd edib ki, Tramp administrasiyası hazırdır Ukraynaya NATO-nun Konqres tərəfindən təsdiqlənəcək və hüquqi cəhətdən məcburi olacaq 5-ci maddəsinə əsasən zəmanət verməyə hazırdır.

“Biz ukraynalılara elə təhlükəsizlik zəmanətləri vermək istəyirik ki, bir tərəfdən bu, boş çek olmasın, digər tərəfdən isə kifayət qədər güclü olsun. Biz bunu səsvermək üçün Konqresə göndərməyə hazırıq”, – ABŞ-ın nümayəndəsi bildirib.