“Axios” – ABŞ İrana Hörmüz boğazında hücumlardan imtina etdiyini açıq şəkildə bəyan etməsi üçün 24 saat vaxt verib
ABŞ İrana Hörmüz boğazında hücumlardan imtina etdiyini açıq şəkildə bəyan etməsi üçün 24 saat vaxt verib, – bu barədə “Axios” amerikalı yüksək rütbəli məmurlara istinadən yazır.
Rəsmi şəxslərin bildirdiyinə görə, bu xəbərdarlıq İran tərəfinə birbaşa və regional vasitəçilər vasitəsilə ötürülüb.
ABŞ administrasiyası bildirir ki, İran üç həftə əvvəl imzalanmış qarşılıqlı anlaşma memorandumunu pozub və Hörmüz boğazında mülki gəmilərə dəfələrlə atəş açıb. Onların sözlərinə görə, İranın addımları Tehranın nüvə sazişinin şərtlərini qəbul etməyə hazır olmadığına dair şübhələr yaradır.
Məlumat üçün bildirək ki, iyunun 17-də ABŞ və İran İslamabadda ölkələr arasında müharibənin aktiv fazasına son qoymağı hədəfləyən qarşılıqlı anlaşma memorandumu imzalayıblar. Pakistanın vasitəçiliyi ilə hazırlanmış sənəd hərbi əməliyyatların dayandırılmasını, İrana qarşı Amerika dəniz blokadasının qaldırılmasını, azad gəmiçiliyin bərpasını və daimi sazişin işlənib hazırlanması üçün 60 günlük dövrün başlanmasını nəzərdə tutur. Hərçənd iyulun əvvəlində İran qüvvələri Hörmüz boğazında kommersiya gəmilərini bombalamağı yenidən bərpa etdilər. 7-8 iyul tarixində Amerika qüvvələri üç ticarət gəmisinin bombalanmasına cavab olaraq İranda onlarla hərbi obyekti bombaladılar.