Axalqorinin qamqebelisi - Tatunaşvilinin cəsədində, üzündə və əllərində işgəncə izləri var
İşğal rejiminin qurbanı, Arçil Tatunaşvilini şənbə günü Kanda qəbirsanlığında dəfn edəcəklər, – bu barədə jurnalistlərə Axalqorinin qamqebelisi, Nuqzar Tinikaşvili bəyan etdi. Onun dediyinə görə, Tatunaşvilini öncə Serovaninin Müqəddəs Giorgi adına kilsəyə uğradacaqlar, sonra isə, 2008-ci ildə qaçqınlar üçün ayrılan Kanda qəbirsanlığında dəfn edəcəklər.
“Dəfn şənbə günü olacaq. Öncə Serovaninin Müqəddəs Giorgi adına kilsəyə uğradacağıq və oradan 2008-ci ildə qaçqınlar üçün ayrılan Kanda qəbirsanlığında dəfn edəcəyik”, – Tinikaşvili bəyan etdi.
Cəsədə gəldikdə, Axalqorinin qamqebelisinin dediyinə görə, ekspertizanın nəticələri təxminən iki həftəyə olacaq. Lakin Tinikaşvilinin bəyan etdiyinə görə, Arçil Tatunaşvilinin cəsədində, üzündə və əllərində zədələr qeydə alınır.
“Yaxın iki həftə ərzində ekspertizanın qərarı məlum olacaq, lakin Tatunaşvilinin cəsədində, üzündə və əllərində işgəncə izləri var”, – Tinikaşvili bəyan etdi.
Arçil Tatunaşvilinin cəsədi üzərində Samxarauli adına Ekspertizanın Milli Bürosunda ekspertiza 7 saatdan artıq aparaılırdı.
Arçil Tatunaşvilinin cəsədinin işğal olunmuş ərazidən qaytarılması martın 20-də, Erqneti ərazisində baş verdi.
Tatunaşvilinin cəsədinin işğal xəttinə Qırmızı Xaç nümayəndələri uğratdılar.
Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, fevralın 22-də işğal olunmuş Sxinvalinin nümayəndələri Gürcüstanın üç vətəndaşınl – Arçil Tatunaşvili, Levan Kutaşvili və Yoseb Pavliaşvilini qeyri qanuni yaxaladı.
Fevralın 23-də məlum oldu ki, yaxalanmış Arçil Tutunaşvili müəyyən olunmayan durumda vəfat etdi.