Akaki Sağiraşvili – Orta dəhliz istiqamətində yeni imkanlar açılır və buna ixtisaslı kadrlar olmadan nail olmaq mümkün deyil, əminik ki, bütün bunlar təhsil islahatı planında da öz əksini tapacaq
Akaki Sağiraşvili – Orta dəhliz istiqamətində yeni imkanlar açılır və buna ixtisaslı kadrlar olmadan nail olmaq mümkün deyil, əminik ki, bütün bunlar təhsil islahatı planında da öz əksini tapacaq

Orta dəhliz istiqamətində yeni imkanlar açılır. Burada əsas komponent infrastruktur və logistikadır, – bu barədə Biznes Assosiasiyasının icraçı direktorunun birinci müavini Akaki Sağiraşvili  Gürcüstanın Baş naziri və biznes nümayəndələrinin görüşündən sonra jurnalistlərə  bildirib.

Onun dediyinə görə, ölkədə sonrakı biznes əməliyyatlarını operativ səviyyədə təmin edəcək ixtisaslı kadrlar olmasa, bütün bunlar öz məqsədinə nail ola bilməyəcək.

“İxtisaslı kadrlar çağırışdır. Əminik ki, bütün bunlar təhsil islahatının fəaliyyət planında öz əksini tapacaq”, – Akaki Sağiraşvili bildirib.