Akademik avarçəkmə | Qiorqi Kanteladze və Davit Laşkareişvili Avropa çempionatında gümüş medal qazanıblar #1TVSPORT
İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə davam edən Avropa çempionatında Gürcüstan millisinin üzvləri Qiorqi Kanteladze və Davit Laşkareişvili yüngül çəkidə iki nəfərlik qayıqla (LM2-) ikinci nəticəni göstəriblər və tarixdə ilk dəfə Avropa çempionatında gümüş medal qazanıblar.
Avropa çempionatında 31 ölkənin 400-dən çox idmançısı iştirak edir.