Acara polisi xüsusi ilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və işə keçirilməsinə cəhd ittihamı ilə bir nəfəri həbs edib
Acara polisi xüsusi ilə külli miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və işə keçirilməsinə cəhd ittihamı ilə bir nəfəri həbs edib

Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Xelvaçauri rayon şöbəsi əməkdaşlarının keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində xüsusilə böyük miqdarda narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması və  işə keçirilməsinə cəhd ittihamı ilə 1980-ci il təvəllüdlü C.P.-nı həbs ediblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları C.P.-nı Batumidə şəxsi və müvəqqəti yaşadığı mənzilində axtarış zamanı sübut kimi xüsusilə külli miqdarda “Alfa-PVP” narkotik vasitə ələ keçiriblər. 17 məntəqədən isə narkotik ittihamı ilə həbs edilmiş şəxs tərəfindən sonrakı satış məqsədi ilə yerləşdirilmiş xüsusilə külli miqdarda narkotik vasitə maddi sübut kimi götürülüb.

Polis əməkdaşları tərəfindən C.P.-nin müvəqqəti yaşadığı ünvanda axtarış nəticəsində elektron tərəzi, polietilen torbalar və yapışqan lentlər də maddi sübut kimi ələ keçirilib. Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi və 19-260-cı maddəsinin 7-ci hissəsi ilə istintaq aparılır”, – Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilib.