Acara Polis Departamentinin rəisi olaraq Qiorqi Buxraşvili təyin edilib
Acara Polis Departamentinin rəisi olaraq Qiorqi Buxraşvili təyin edilib. Bu barədə məlumatı Daxili İşlər Nazirliyi Gürcüstanın Birinci Kanalına təsdiqləyib.
Qiorqi Buxraşvili bu gün vəzifəsindən istefa verən Qriqol Beselianı əvəzləyib.
Daxili İşlər Nazirliyində izah etdikləri kimi, Qiori Buxraşvilinin təyin olunması rotasiya çərçivəsində həyata keçirilib.
“Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrində növbəli qaydada idarə rəislərinin dəyişdirilməsi vaxtaşırı həyata keçirilir, bu da polis fəaliyyətinin səmərəliliyini daha da artırmaq məqsədi daşıyır”, – Daxili İşlər Nazirliyində bildiriblər.