Acara hökumətinin sədri Sulxan Tamazaşvili ailəsi ilə birlikdə Pasxa Liturgiyasında iştirak edib
Acara hökumətinin sədri Sulxan Tamazaşvili ailəsi ilə birlikdə Batuminin Müqəddəs Üçlük məbədində Pasxa liturgiyasında iştirak edib.
Pasxa mərasimi başlamazdan əvvəl Sulxan Tamazaşvili Batumi və Lazeti mitropoliti Dimitri ilə görüşüb. Hökumət sədri mitropoliti, ruhaniləri və pravoslav möminləri şanlı Pasxa bayramı münasibətilə təbrik edib.
Pasxa Liturgiyasında Acara Ali Şurasının sədri Tsotne Ananidze, Gürcüstan Parlamentinin üzvləri, Batumi meri Qiorqi Tsintsadze, Acara hökumətinin və Ali Şuranın üzvləri iştirak ediblər.
Acara Muxtar Respublikası hökumətinin mətbuat xidməti məlumat yayır.