Acara hökuməti - Batumidə "Xəyallar şəhəri"nin tikintisinin ikinci mərhələsi fəal şəkildə davam edir
Acara hökuməti tərəfindən və Gürcüstan hökumətinin dəstəyi ilə Batumidə “Xəyallar şəhəri” layihəsinin ikinci mərhələsinin tikintisi fəal şəkildə davam edir.
İnfrastruktur işləri ilə Acara hökumətinin sədri Sulxan Tamazaşvili yerində tanış olub.
Sulxan Tamazaşvili qeyd edib ki, hökumətin əsas prioritetlərindən biri bölgənin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Layihənin ikinci mərhələsi çərçivəsində 9 çoxmənzilli yaşayış binası inşa olunacaq və bu binalarda 1077 ailə mənzillə təmin olunacaq. Yeni mənzillər mükəmməl təmirli, qaz və su təchizatı infrastrukturu ilə tam təchiz olunmuş olacaq. Ərazidə yaşayış binaları ilə yanaşı, təhsil və istirahət məkanları da yaradılacaq. Layihə 2028-ci ilin birinci yarısında tamamlanacaq.
“Xəyallar şəhəri”nin tikintisinin birinci mərhələsi çərçivəsində ərazidə üç 12 mərtəbəli yaşayış binası tikilib və 582 ailəyə mənzillər verilib.
Acaranın digər munisipalitetlərində də sosial evlərin tikintisi fəal şəkildə davam etdirilir. 2028-ci ilə qədər hazırkı layihələr tamamlanacaq və 2000-dən çox ailəyə yaxşı təchiz olunmuş mənzil veriləcək.
Məlumatı Acara Muxtar Respublikası hökuməti yayır.