Ailə müqəddəsliyi və valideynlərə hörmət günü - Kaşuetidən Üçlük Məbədinə doğru yürüş
Ailə müqəddəsliyi və valideynlərə hörmət günü - Kaşuetidən Üçlük Məbədinə doğru yürüş

Mayın 17-də Gürcüstanda Ailə müqəddəsliyi və valideynlərə hörmət günü qeyd olunur.

Bu gün Kaşueti məbədindən Müqəddəs Üçlük məbədinə doğru yürüş keçirildi.

Yürüş başlamazdan əvvəl vətəndaşlar Kaşuetidə Müqəddəs Qiorqi adına məbədində toplaşdılar, burada patriarxın varisi, Senaki və Çxorotsku mitropoliti möhtərəm Şio (Muciri) yürüş iştirakçılarına müraciət etdi.

Yürüşdə vətəndaşlarla yanaşı, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili, Gürcüstan prezidenti Mixeil Ğavelaşvili, “Gürcü arzusu”nun baş katibi və Tbilisi şəhərinin meri Kaxa Kaladze, həmçinin digər hökumət nümayəndələri iştirak edirdilər.

Ailə müqəddəsliyi və valideynlərə hörmət gününə həsr olunmuş yürüşlər bölgələrdə də, xüsusən on böyük şəhərdə keçirilib.

2014-cü ildə bütün Gürcüstanın katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu və Bişvinti və Tsxum-Abxaziya mitropoliti II İlianın xeyir-duası ilə 17 may Ailə müqəddəsliyi və valideynlərə hörmət günü elan edilib və o zamandan etibarən qeyd olunur.