Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü ilə əlaqədar olaraq Tbilisidə yürüş keçirilir

12:12, 17.05.2026

Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü ilə əlaqədar olaraq Tbilisidə yürüş keçirilir.

Din xadimləri və möminlər saat 10:00-da Müqəddəs Qiorqi adına Kaşveti kilsəsinə toplaşaraq təntənəli dua yürüşü ilə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti, Üçüncü Şio həzrətlərinin ilk bayram ibadətini icra edəcəyi Müqəddəs Üçlük (Sameba) Patriarxal Kafedralına doğru yürüşə başladılar.

İbadətdə müxtəlif kilsələrin nümayəndə heyətləri və Gürcüstan hakimiyyətinin rəsmiləri iştirak edirlər.

Oxşar