Ailə müqəddəsliyi gününə həsr olunmuş tədbirlə əlaqədar avto nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Ailə müqəddəsliyi gününə həsr olunmuş tədbirlə əlaqədar avto nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Ailənin müqəddəsliyi günü ilə əlaqədar Rustaveli prospektindən Üçlük Məbədinə qədər yürüş keçiriləcək, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Məlumatı Tbilisi meriyası yayır.

Paytaxt meriyasının məlumatına görə, ictimai nəqliyyatın hərəkət marşrutu da dəyişəcək.

“Məhdudiyyət mayın 17-də saat 01:00-dan 22:00-a qədər Kaşveti kilsəsindən Müqəddəs Üçlük Məbədinə gədər mövcud yol hissəsində tədricən qüvvədə olacaq.

Yürüş Kaşveti Katedralinin kilsəsinin ətraf ərazisindən başlayacaq, bu zaman avtomobillərin hərəkəti Qia Çanturia küçəsi ilə Rustaveli prospektinin kəsişməsindən Azadlıq meydanına qədər, həmçinin Nikoloz Baratashvili körpüsü, Nikoloz Baratashvili yoxuşu və Avlabari meydanına qədər olan ərazidə məhdudlaşdırılacaq.

Rustaveli prospektindən Mtatsminda rayonunun yuxarı küçələrinə giriş İ.Tarxnişvili, T. Çovelidze, M. Zandukeli küçələri vasitəsi ilə, sonra isə Vasil Barnov, I. Qoqebaşvili, Maro Mağaşvili və Kakabadze qardaşları küçələrindən istifadə etməklə mümkün olacaq.

Mtatsminda rayonunun qalan küçələrindən Petre Melikişvili prospektinə və “Rustaveli” metrostansiyasının ətraf ərazisinə A. Qriboedov, Maro Mağaşvili, Vasil Barnov, M. Zandukeli və A. Şanidze küçələri vasitəsi ilə mümkün olacaq.

“Rustaveli” metrostansiyasının ətraf ərazisindən Azadlıq meydanına doğru hərəkət edən şəxsi avtomobillər Rustaveli prospekti ilə Q. Çanturia küçəsinin kəsişməsindən əvvəl və sonra, Q. Çanturia küçəsi və Kür çayının sağ sahilindən istifadə edərək hərəkət edə biləcəklər.

Azadlıq Meydanı tamamilə bağlandıqdan sonra avto nəqliyyat vasitələri Nikoloz Barataşvili körpüsünün yanında yerləşən pandusa qədər və Rustaveli prospektindən Qia Çanturia küçəsinə qədər hərəkət edə biləcəklər. Həmçinin Kote Abxazi və Şalva Dadiani küçələrindən Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılacaq.

Bundan əlavə, Rustaveli prospektində nəqliyyatın hərəkətinə Qia Çanturia küçəsinə qədər icazə veriləcək, Rustaveli prospekti istiqamətində isə hərəkət L.Ukrainka, A.Corcadze, Z. Çiçinadze, 9 aprel, A.Purtseladze və L. Qudiaşvili küçələrində də məhdudlaşdırılacaq.

Azadlıq Meydanından yürüş Müqəddəs Üçlük Məbədi istiqamətində davam edəcək, bu zaman Nikoloz Barataşvili körpüsü, Barataşvili yoxuşu və Avlabari meydanı ardıcıl olaraq bağlanacaq.

Nikoloz Baratashvili küçəsinin məhdudlaşdırılması zamanı avtonəqliyyat vasitələri Kür çayının sağ sahili və Kote Abxazi küçəsindən istifadə edərək Azadlıq meydanına doğru hərəkət edə biləcək, Avlabari istiqamətində hərəkət edən avto nəqliyyat vasitələri isə quru körpü vasitəsi ilə K. Xetaqurov küçəsi və Kür çayının sol sahilindən istifadə edərək hərəkət edə biləcəklər.

Bununla yanaşı, avtomobillər Avlabari meydanında avto nəqliyyatın hərəkətinin məhdudlaşdırılması zamanı avtomobillər Ketevan Dedopali prospektindən Boçormi küçəsi, İalbuzi küçəsi və Kürün sol sahilindən istifadə edərək hərəkət edəcəklər, Ketevan Dedopli prospekti istiqamətində hərəkət edən avtomobillər isə Nikoloz Barataşvili küçəsində döngədən sonra, Barataşvili körpüsündən istifadə edərək Kür çayının sol sahili ilə, daha sonra İalbuzi və Boçormi küçələri ilə, həmçinin Ketevan Dedopali prospekti ilə Avlabari meydanı istiqamətində hərəkət edəcəklər.