Aiazma-Ninotsminda hissəsində yüngül avtonəqliyyatın hərəkəti bərpa olunub
Gürcüstan İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxili dövlət əhəmiyyətli Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94km – 146km (Aiazma-Ninotsminda) hissəsində yüngül avtonəqliyyatın hərəkəti bərpa olunub.
Onların məlumatına görə, qoşqulu və yarımqoşqulu avtonəqliyyatın hərəkəti qadağandır.
Avtomobil yolunun 1km- 93km (Koda-Aiazma) hissəsində avtonəqliyyatın hərəkəti sərbəstdir.