Aİ-Ukrayna sammiti fevralın 3-də Kiyevdə keçiriləcək
Aİ-Ukrayna sammiti fevralın 3-də Kiyevdə keçiriləcək

 

Aİ-Ukrayna sammiti fevralın 3-də Kiyevdə keçiriləcək. Bu barədə Ukrayna Prezident Ofisinin Volodimir Zelenski ilə Ursula fon der Laiyen arasında telefon danışığından sonra yaydığı press-relizdə deyilir.

Ukrayna Prezident Ofisinin məlumatında telefon danışığı zamanı Zelenski və Avropa Komissiyasının Prezidentinin Ukraynanın Avropa Komissiyasının tövsiyələrini yerinə yetirməsi məsələsini müzakirə etdikləri deyilir.

“Volodimir Zelenski Ursula fon der Laiyeni Aİ üzvlüyünə namizəd statusu ilə bağlı Avropa Komissiyasının Ukraynaya verdiyi yeddi tövsiyənin icrası barədə məlumatlandırıb. Avropa Komissiyasının Prezidenti Ukraynanın bu yolda əldə etdiyi böyük irəliləyişləri qeyd edib. Dövlət başçısı Ukrayna tərəfinin üzvlüklə bağlı danışıqlara artıq bu il başlamaq üçün müvafiq işləri tezliklə başa çatdırmağa hazır olduğunu qeyd edib. Onlar cari ilin fevralın 3-də Kiyevdə keçirilməsi planlaşdırılan növbəti Ukrayna-Avropa İttifaqı sammitinin gözlənilən nəticələrini müzakirə ediblər və hazırlıq işlərinin intensivləşdirilməsinə dair razılığa gəliblər”- deyə Ukrayna Prezident Ofisinin bəyanatında deyilir.