Aİ ölkələri Ukraynaya hərbi yardım fondunu 3,5 milyard avro artırmaq barədə razılığa gəliblər
Aİ ölkələri Ukraynaya hərbi yardım fondunu 3,5 milyard avro artırmaq barədə razılığa gəliblər

 

Avropa İttifaqı ölkələri Ukraynaya hərbi yardım fondunu 3,5 milyard avro artırmaq barədə razılığa gəliblər-bu barədə “Reuters” yazır.

“Bugünkü qərar bir daha tərəfdaşlarımızın silahlı qüvvələrinə konkret hərbi dəstəyi davam etdirmək üçün maliyyə vəsaitinə malik olacağımızı təmin edir”-deyə fondun maliyyələşdirilməsi təşəbbüsü ilə çıxış edən Aİ-nin ali nümayəndəsi Cozef Borrell bildirib.

Avropa İttifaqının yaratdığı “Avropa Sülh Fondu” Aİ büdcəsindən ayrıdır.

“Fond öz ləyaqətini sübut etdi. Bu, bizim müdafiə sahəsində tərəfdaşlarımızı dəstəkləmə tərzimizi tamamilə dəyişdi. Bu, Avropa İttifaqını və onun tərəfdaşlarını gücləndirir” -deyə Borrell bildirib.

Macarıstanın xarici işlər naziri Peter Siarto Lüksemburqda çıxışı zamanı bildirib ki, Kiyev Macarıstan bankını Rusiya müharibəsinin beynəlxalq sponsorları siyahısından çıxarana qədər mövcud fond üçün 500 milyon avroluq tranş blokunu ləğv etməyəcək.

Məlumat üçün bildirək ki, Avropa Sülh Fondu 2021-ci ildə Avropa İttifaqı tərəfindən inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün yaradılıb.