Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində planlaşdırılan işlərlə əlaqədar avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində planlaşdırılan işlərlə əlaqədar avtonəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Davit Ağmaşenebeli xiyabanının 15-ci kilometrliyində, Mağaladzeebi küçəsinin yaxınlığında yerləşən yerüstü keçidin ətrafında infrastruktur işləri planlaşdırılır.

Tbilisi meriyasının məlumatına görə, təhlükəsizlik məqsədilə, sentyabrın 30-dan etibarən, üç gecə ərzində, saat 00:00-dan 06:00-a qədər “Tbilisi Mall”dan Tbilisi dolama yolu ilə Tbilisi–Senaki–Leselidze avtomobil yolunun kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti tamamilə məhdudlaşdırılacaq.

Məhdudiyyət dövründə avtomobillər hərəkəti Davit Ağmaşenebeli xiyabanından Sxvitori küçəsi, Zahesi körpüsü, Avçala küçəsi və Tbilisinin dolama yolu vasitəsilə həyata keçirə biləcəklər. Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir”, – Tbilisi meriyasının məlumatında qeyd olunub.