Ağırlıqqaldırma | Anastasia Hotfrid Avropa çempionatında iki hərəkətin cəmində bürünc medalın sahibidir #1TVSPORT
Batumi şəhərində davam edən ağır atletika üzrə Avropa çempionatının son yarış günündə qadınlar arasında 86 kiloqram çəki dərəcəsində Gürcüstan millisinin iki üzvü Mariam Murğvliani və Anastasia Hotfrid çıxış edib.
Hotfrid birdən qaldırma hərəkətində qazandığı gümüş medaldan sonra təkanla qaldırmada 144 kiloqram qaldırdı və iki hərəkətin cəmində (262 kq.) bürünc medala sahib oldu.
Murğvliani birdən qaldırma hərəkətində 108 kq, təkanla qaldırmada isə 130 kq nəticə göstərərək sonda doqquzuncu yeri tutub.
Avropa çempionu isə Böyük Britaniyanı təmsil edən Emili Kempbell olub.