"Ağdqoma" bayramı ilə bağlı Mestiya istiqamətinə əlavə reys təyin edildi
"Ağdqoma" bayramı ilə bağlı Mestiya istiqamətinə əlavə reys təyin edildi

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin “Gürcüstan Aeroportlar İttifaqı” MMC-si, “Ağdqoma” bayramı ilə bağlı 2019-cu ilin aprelin 27-də Nataxtari-Mestiya və Mestiya-Nataxtari istiqamətinə əlavə reys təyin etdi.

İdarənin məlumatına görə, aprelin 27-də, Nataxtari aeroportundan Mestiya istiqamətinə əlavə uçuş saat 10:00-da, əksinə isə, saat 12:00-da həyata keçiriləcək.

Nataxtari aeroportundan Mestiya istiqamtinə və əksinə uçuşlar, həftədə dörd dəfə həyata keçirilir.