Ağ Evin yaxınlığında ildırım düşməsi nəticəsində xəsarət alan 4 nəfərdən üçü dünyasını dəyişib
Ağ Evin yaxınlığında ildırım düşməsi nəticəsində xəsarət alan 4 nəfərdən üçü dünyasını dəyişib

 

Ağ Evin yaxınlığında, Lafaite parkında ildırım düşməsi nəticəsində xəsarət alan 4 nəfərdən üçü dünyasını dəyişib. Məlumatı “BBC” yayır.

Dünyasını dəyişənlərdən ikisi toylarının 56-cı ildönümü münasibətilə paytaxta səfər edən 76 və 75 yaşlı ər-arvaddır. Dünyasını dəyişmiş üçüncü şəxs 29 yaşlı kişidir.

Xəsarət almış 4-cü şəxsin vəziyyəti ağırdır.