Ağ Evin müşaviri Mayk Uolts – Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil
Ukraynanın NATO-ya üzvlük məsələsi gündəmdə deyil, – bu barədə Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts “Fox News”un efirində bildirib.
“Bu məsələ gündəmdə deyil. Mən ABŞ-ın Ukraynanın NATO-ya üzv olmasını və sonra 5-ci maddəyə əsasən amerikan qoşunlarının birbaşa Ukraynanın müdafiəsinə getməyə borclu olmasını istəməsini görmürəm”, – Mayk Uolts bildirib.
Bununla yanaşı, Uolts bildirib ki, ABŞ NATO-ya və NATO üzvləri ilə müqavilənin 5-ci maddəsi ilə bağlı tamamilə sadiqdir, hərçənd, Ukrayna üçün təhlükəsizlik zəmanətləri “başqa söhbətdir”.
Uoltsun qeyd etdiyi kimi, Fransa və Birləşmiş Krallıq Ukraynaya təhlükəsizlik zəmanətləri versə, ABŞ tam dəstək verəcək, çünki söhbət Avropanın təhlükəsizliyindən gedir.