Ağ Evin mətbuat katibi - Tramp sülh sazişlərini davam etdirəcək, müharibələri bitirəcək, Nobel Komitəsi siyasəti sülhdən üstün tutduğunu sübut edirdü
Ağ Ev bildirir ki, Nobel komitəsi “siyasəti sülhdən üstün tutur”. Ağ Ev Nobel Mükafatı Komitəsinin qərarını tənqid edib.
“Prezident Tramp sülh sazişlərini imzalamağa, müharibələri sona çatdırmağa və insanların həyatını xilas etməyə davam edəcək. Onun humanist qəlbi var və onun kimi, yalnız iradə gücü ilə dağları yerindən tərpədə biləcək bir insan heç vaxt olmayacaq. Nobel Komitəsi isə siyasəti sülhdən üstün tutduğunu sübut edib”, – Ağ Evin mətbuat katibi Stiven Çunq bildirib.
2025-ci ilin Nobel Sülh Mükafatı Venesuelanın müxalif siyasətçisi Mariya Korina Maçadoya verilib. ABŞ Prezidenti Donald Tramp hələlik bu qərara münasibət bildirməyib.