Ağ Evin məlumatına görə, Donald Tramp və Vladimir Putin arasında görüş yerli vaxtla saat 11:00-da Ankoric şəhərində keçiriləcək
Ağ Evin məlumatına görə, Donald Tramp və Vladimir Putin arasında görüş yerli vaxtla saat 11:00-da Ankoric şəhərində keçiriləcək

ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş bu gün Alyaska ştatının Ankoric şəhərində yerli vaxtla saat 11:00-da keçiriləcək, – bu barədə Ağ Ev tərəfindən yayılan bəyanatda deyilib.

Bəyanatda qeyd olunub ki, Tramp Ağ Evi cümə günü yerli vaxtla saat 06:45-də tərk edəcək və Ankoricə həmin gün Alyaska vaxtı ilə saat 17:45-də çatacaq.

“ABŞ prezidenti Ağ Evə şənbə günü səhər tezdən qayıdacaq”, – deyə bəyanatda qeyd olunub.