Ağ Evdən Rusiyanın kommersiya peyklərini vuracağı təqdirdə, ABŞ-ın Moskvaya cavab verəcəyini bildiriblər

20:23, 27.10.2022

 

Ağ Evdən Rusiyanın kommersiya peyklərini vuracağı təqdirdə, ABŞ-ın Moskvaya cavab verəcəyini bildiriblər.

Bu barədə Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi açıqlama verib.

O , ABŞ-ın infrastrukturuna istənilən hücumun cavabla nəticələnəcəyini bildirib. O, həmçinin Rusiyanın peyk əleyhinə texnologiyalara yiyələnməyə çalışdığı barədə hər kəs üçün əlçatan məlumatın mövcud olduğunu da qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Konstantin Vorontsov ABŞ və müttəfiqlərinin kosmosda olan mülki infrastrukturdan, o cümlədən kommersiya peyklərindən silahlı münaqişələrdə istifadə etdiyini və bu peyklərin Rusiyanın qanuni hədəfinə çevrilə biləcəyini bildirmişdi.

Oxşar