Ağ Evdə Trampın müvəqqəti deyil, daimi atəşkəs istədiyini bildirirlər

17:54, 28.04.2025

Ağ Evdə Trampın müvəqqəti deyil, daimi atəşkəs istədiyini bildirirlər, – Ağ Evin mətbuat katibi Karolin Levit Rusiya prezidentinin İkinci Dünya Müharibəsində Qələbə Günü münasibətilə mayın 8-dən mayın 11-dək Ukraynada atəşkəs rejimi təşəbbüsünə belə münasibət bildirib.

Bu barədə “Reuters” agentliyi məlumat yayır.

Levittin söylədiyinə görə, Tramp getdikcə həm Putindən, həm də Zelenskidən narazıdır və iki ölkənin prezidentlərinin danışıqlar masasına oturmalı olduğunu hesab edir.

Oxşar