Ağ Evdə Ş.Koreyanın Rusiyaya gizli şəkildə artilleriya mərmilərini tədarük etməsi haqqında məlumata malik olduqlarını bildiriblər

19:38, 02.11.2022

 

ABŞ-da Şimali Koreyanın gizli şəkildə Rusiyaya Ukraynadakı müharibə üçün xeyli sayda artilleriya mərmisi verdiyini göstərən məlumatlar var.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə direktoru Con Kirbi açıqlayıb.

“Bizdəki məlumatlar göstərir ki, Şimali Koreya gizli şəkildə tədarük edir və biz yüklərin qəbul edilib-edilməməsinə diqqət yetirməyi planlaşdırırıq” – deyə Con Kirbi brifinqdə deyib.

Oxşar