Ağ Evdə İranın hazırda Rusiyanın əsas hərbi müttəfiqi olduğunu bildirirlər

11:58, 10.12.2022

 

Ağ Evdə İranın hazırda Rusiyanın əsas hərbi müttəfiqi olduğunu bildirirlər. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə direktoru Con Kirbi açıqlayıb.

O, Moskva ilə Tehran arasında münasibətlərin hərbi sahədə sıx tərəfdaşlığa çevrildiyini qeyd edib.

Vaşinqtonda iki ölkənin birgə PUA-lar istehsal etməyi planlaşdırdıqlarına dair məlumata sahib olduqlarını bildirirlər.

Onların məlumatında Rusiyanın Moskvanın malik olduğu qabaqcıl hərbi texnologiyaları İranla bölüşməyə hazır olduğu deyilir.

Ağ Evdə həmçinin üç İran vətəndaşına və Rusiyaya kamikadze dron tədarük edən şirkətə qarşı sanksiya tətbiq etdiklərini qeyd ediblər. Ağ Evdə qeyd edildiyi kimi, İran və Rusiya arasında hərbi əməkdaşlıq Ukrayna, eləcə də İranın qonşuları və beynəlxalq ictimaiyyət üçün zərərli olacaq.

Oxşar