Ağ Evdə Donald Tramp və Volodimir Zelenskinin görüşü keçirilir
Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenskinin görüşü keçirilir.
Liderlər danışıqların aparıldığı Oval kabinetə tərəf getdilər.
Zelenski və Tramp ABŞ-ın müharibəyə son qoymaq səyini müzakirə edəcəyi ehtimal olunur, və “mineral haqqında sazişi” imzalayacaqları gözlənilir.
Ağ Evə gəlməzdən əvvəl Ukrayna lideri senatorlarla görüşüb.