Ağ Evdə Donald Tramp və Viktor Orbanın görüşü keçirilir
Ağ Evdə Donald Tramp və Viktor Orbanın görüşü keçirilir

Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Macarıstanın baş naziri Viktor Orban arasında görüş keçirilir.

Macarıstanın baş naziri bir neçə dəqiqə əvvəl Ağ Evə gəlib. Orban görüşdən əvvəl şərh verməyib.

Bununla yanaşı, görüş başlamazdan əvvəl jurnalist ABŞ prezidentindən Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüşmək niyyətində olub-olmadığını soruşub. Donald Tramp cavab olaraq bildirib ki, bu imkan həmişə mövcuddur, sonra isə əlavə edib ki, Orban əla liderdir.