Ağ Ev Vladimir Putinlə görüşdən əvvəl ABŞ nümayəndə heyətinin tərkibini açıqlayıb
16:45, 15.08.2025
Ağ Ev, Vladimir Putinlə görüş ərəfəsində ABŞ nümayəndə heyətinin tərkibini açıqlayıb.
Tramp-Putin danışıqlarının genişləndirilmiş formatında Amerika tərəfdən Dövlət katibi Marko Rubio, Xəzinə Departamentinin rəhbəri Skott Besenti, Ticarət Departamentinin naziri Hovard Lutnik, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif iştirak edəcək.
Medianın məlumatına görə, Donald Tramp artıq Alyaskaya doğru yola düşüb.
Məlumat üçün bildirək ki, Moskvanın məlumatına görə, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi Yuri Uşakov, Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə Naziri Andrey Belousov, Maliyyə Naziri Anton Siluanov və Prezidentin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev daxil olacaq.
Donald Tramp və Vladimir Putin arasında görüş Tbilisi vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşün əsas mövzusu isə Ukraynada davam edən müharibə olacaq.