Ağ Ev – Ukrayna idarəçiliyi Ukrayna xalqı və Konstitusiyası ilə müəyyən edilir

13:40, 28.03.2025

Ukrayna idarəçiliyi xalq və konstitusiya ilə müəyyən edilir, – Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Rusiya prezidentinin Ukraynada BMT-nin himayəsi altında müvəqqəti hökumətin tətbiqi ilə bağlı təşəbbüsünə belə münasibət bildirib.

Bu barədə Ukrayna mediası məlumat yayır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada BMT-nin himayəsi altında müvəqqəti hökumətin yaradılması təşəbbüsü ilə çıxış edib. Onun dediyinə görə, beynəlxalq təcrübə Ukraynada münaqişənin həlli üzrə legitim danışıqlara zəmin yaradan xarici idarəçiliyin tətbiqi imkanını əhatə edir.

Bununla yanaşı, Rusiya prezidenti bildirib ki, Ukrayna Konstitusiyasına görə, hazırkı Ukrayna hakimiyyəti qeyri-legitimdir və bu, onlarla istənilən razılaşmanı puç edir.

Oxşar