Ağ Ev sosial şəbəkədə foto dərc edir - “Pinqvini qucaqla”
Ağ Ev sosial şəbəkədə foto dərc edir - “Pinqvini qucaqla”

Ağ Ev X sosial şəbəkəsinin rəsmi səhifəsində “Pinqvini qucaqla” başlıqlı foto paylaşır.

Dərc edilən şəkildə Qrenlandiyanın mənzərəsi göstərilir, arxa planda isə ABŞ Prezidenti Donald Tramp və bir pinqvin təsvir olunub. Pinqvin ABŞ bayrağı tutur.

Məlumat üçün bildirək ki, Donald Tramp dəfələrlə ABŞ-ın təhlükəsizliyi üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib. Trampın bəyanatları Danimarka hakimiyyəti və Avropa İttifaqı liderləri tərəfindən tənqid olunub.