“Ağ Ev” – Melania Tramp artıq beşinci dəfədir ki, ukraynalı və rusiyalı uşaqların ailələrinə qaytarılmasına kömək edib, bu gün beş uşağın geri qaytarılması mümkün olub
ABŞ-ın birinci xanımı Melaniya Tramp beşinci dəfədir ki, ukraynalı və rusiyalı uşaqların ailələrinə qaytarılmasına kömək edib. Bu barədə Ağ Evin bəyanatında deyilib.
Bəyanatda qeyd olunduğu kimi, bu gün beş uşağın ailələrinə qaytarılması mümkün olub.
“Diplomatiya və sülhün bərqərar olunması cəhdlərinin bu proses üçün vacib olmasına baxmayaraq, uşaqları beynəlxalq mübahisələrdən üstün tutmaq barədə ümumi bacarığımız (amalımız) bunlardan daha uca dayanır. Birləşən hər bir ailə bizə xatırladır ki, mərhəmət, ləyaqət və ailə bağları ən ağır dövrlərdən, o cümlədən müharibədən belə üstün ola bilər. Mən və nümayəndəm uşaqların öz ailələrinə və icmalarına təhlükəsiz şəkildə qaytarılması üçün Rusiya və Ukrayna hökumətləri ilə işləməyə davam edirik“, – deyə Melania Trampın bəyanatında qeyd olunub.