Ağ Ev – ABŞ və Türkiyə rəsmiləri İstanbulda Ermənistan-Azərbaycan sülh danışıqlarının dəstəklənməsini müzakirə ediblər

10:14, 03.10.2022

 

İstanbulda Türkiyə prezidentinin baş müşaviri İbrahim Kalın və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan Ermənistan-Azərbaycan sülh danışıqlarının dəstəklənməsindən danışıblar. Bu barədə Ağ Ev məlumat yayır.

“Onlar regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstək, Şərqi Aralıq dənizindəki fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın əhəmiyyətini, Finlandiya və İsveçin NATO-ya üzvlük yolunda irəliləyişini müzakirə ediblər” – deyə Ağ Evin bəyanatında deyilir.

Oxşar