Afinaya yaxın yanğın var (video)

Afinaya yaxın yanğın var. Reuters-in məlumatına görə, alov Yunanıstanın paytaxtına yaxın yerləşən məntəqəyə yaxınlaşdı. Əhalinin bir hissəsi evlərini tərk etməli oldu.

Yanğına görə, Afinaya yaxın gedən yol bağlıdır. Dmiryolu da əngəllərlə işləyir. Ən ağır durum Kinetadadır. Hakimiyyət əhaliyə təxliyyə təklifini verdi. Polis əhaliyə evlərini tərk etməyə yardım edir.

Yayda Yunanıstanda meşələrdə yanğın tez-tez baş verir. Alovun yayılmasına güclü külək imkan yaradır.