ABŞ və Ukrayna minerallar üzrə sazişin bağlanması barədə memorandum imzalayıblar

10:16, 18.04.2025

Ukrayna və ABŞ minerallar üzrə sazişin bağlanması barədə memorandum imzalayıblar.

Ukraynanın iqtisadiyyat naziri Yuliya Svirydenkonun izah etdiyi kimi, qeyd olunan saziş tərəflərin hər iki ölkənin xalqı üçün faydalı olacaq sazişi tamamlamaq və imzalamaq niyyətini təsdiqləyir.

“Bu gün biz ABŞ-la İqtisadi Tərəfdaşlıq Sazişi istiqamətində daha bir addım atdıq. Ukrayna və ABŞ komandalarımızın konstruktiv əməkdaşlığını və iki xalqımız üçün faydalı olacaq sazişi tamamlamaq və imzalamaq niyyətini təsdiqləyən memorandum imzaladılar”, – Yuliya Sviridenko bildirir.

Ukraynanın iqtisadiyyat nazirinin dediyinə görə, Ukraynanın bərpası üçün investisiya fondu da hazırlanır. Sviridenkonun açıqlamasına görə, bu sənədlə tərəflər “amerikan xalqının Ukrayna xalqı ilə birlikdə azad, suveren və təhlükəsiz Ukraynaya sərmayə qoymaq istəyini” təsdiqləyiblər.

İndi qeyd olunan sazişin mətnini tamamlamaq, imzalamaq və parlament tərəfindən ratifikasiya etmək lazımdır.

Oxşar