ABŞ və Çin ticarət müqaviləsi imzaladı
ABŞ və Çin ticarət müqaviləsi imzaladı

ABŞ və Çin ticarət sazişi imzaladılar. Bu barədə ABŞ-ın maliyyə katibi Skott Besent məlumat verib.

Müqaviləyə əsasən, Amerika şirkətləri mikroçiplərin istehsalı üçün vacib olan nadir torpaq minerallarına Çindən daha asan çıxış əldə edəcəklər. Həmçinin bunun müqabilində ABŞ Çinə qarşı tətbiq olunan bəzi tarifləri ləğv edib.

Besant “Fox Business Network”ə bildirib ki, Tramp və Si Dzinpin arasında keçirilən telefon danışığından sonra Londonda baş tutan görüşdə tərəflər “bütün məsələləri həll etdilər”.

“Razılaşmanın bir hissəsi tarifləri azaltmaq və nadir torpaq maqnitlərinin yenidən ABŞ-a idxalına başlamaq idi. Onlar bizim sənaye bazamızın böyük hissəsinin əsasını təşkil edirdilər”, – Besant deyib.