ABŞ və İran danışıqlarının növbəti mərhələsi iyulun 11-də Pakistanda keçiriləcək
Pakistan iyulun 11-də ABŞ və İran danışıqlarının növbəti raunduna ev sahibliyi edəcək, – bu barədə “Əl-Ərəbiyyə” diplomatik mənbəyə istinadən məlumat yayır.
Mənbələrin məlumatına görə, danışıqların növbəti raundunda üç əsas məsələ müzakirə olunacaq: ABŞ tərəfindən Tehrana tətbiq edilən sanksiyalar, İranın dondurulmuş aktivləri və İranın nüvə proqramı.
Danışıqlarda İran nümayəndə heyətinin nümayəndəliyi hələ qərarlaşdırılmayıb və yekun qərar İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi başa çatdıqdan sonra məlum olacaq.