ABŞ və Çin ilk dəfə komandanlar səviyyəsində danışıqlar aparıblar
ABŞ və Çin ilk dəfə komandanlar səviyyəsində danışıqlar aparıblar.
ABŞ-nin Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Sem Paparo Xalq Azadlıq Ordusunun komandanı olan həmkarı Vu Yanan ilə telefon danışığı aparıb.
Sözügedən telefon danışığı ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Çinin lideri Si Dzinpinin yüksək səviyyəli hərbi məsləhətçilər ilə keçən ay Pekində keçirilən görüşündən sonra baş tutub.
ABŞ və Çinin qoşunları həmçinin Braziliya Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirilmiş genişmiqyaslı hərbi təlimlərdə iştirak edib.