ABŞ Ukraynaya səkkiz ədəd hava hücumundan müdafiə sistemi tədarük edəcək
ABŞ Ukraynaya səkkiz ədəd “Nasams” hava hücumundan müdafiə sistemi tədarük edəcək. Bu barədə Pentaqon məlumat yayır.
Bəyanatda yaxın vaxtlarda Ukraynada iki sistemin quraşdırılacağı, daha 6 sistemin isə sonra göndəriləcəyi qeyd olunub.
Pentaqonun məlumatında Ukraynanın digər ölkələrdən də hava hücumundan müdafiə sistemləri alacağı deyilir.
“Biz həmçinin “Vampire” sistemi və digər radar sistemləri də daxil olmaqla, PUA-lara qarşı tədbirlər görəcəyimizə söz vermişik, çünki PUA təhlükəsinin indi də ciddi olduğunu bilirik” – deyə məlumatda bildirilir.