ABŞ Ukraynaya qrant şəklində əlavə 4,5 milyard dollar ayıracaq
ABŞ-ın Xəzinədarlıq Departementi Ukraynaya qrant şəklində əlavə 4,5 milyard dollar ayıracaq. Bu barədə Xəzinədarlıq Departamentinin rəhbəri Cenet Yelenin dərc etdiyi bəyanatda deyilir.
Bəyanatda ABŞ-ın Ukraynaya “sarsılmaz dəstək” verməkdə davam etdiyi deyilir.
“Ukraynaya vəsaitlərin köçürülməsinə yaxın həftələrdə başlanacaq. Bu vəsait Ukraynaya özünü Rusiyanın qeyri-qanuni müharibəsindən qorumağa, ölkənin iqtisadi sabitliyini, əsas dövlət xidmətlərinin fəaliyyətini təmin etməyə, xəstəxana işçilərinin, müəllimlərin və hökumətin maaşlarının ödənilməsinə kömək edəcək” – deyə bəyanatda yazılır.
Qeyd olunan məbləğin ayrılması ilə ABŞ-ın Ukraynaya ayırdığı qrantların həcmi 13 milyard dollara çatacaq.