ABŞ Ukraynaya əlavə olaraq 275 milyon dollarlıq hərbi yardım paketi verəcək
ABŞ Ukraynaya əlavə olaraq 275 milyon dollarlıq hərbi yardım paketi verəcək. Məlumatı “Associated Press” ABŞ rəsmilərinə istinadən yayır.
Yayılmış məlumatda yeni paketdə ukraynalılara PUA-larla mübarizə aparmağa kömək edəcək yüksək dəqiqlikli sistemlər və böyük miqdarda döyüş sursatının olduğu deyilir.
Bu paketə həmçinin 80 min ədəd haubitsa mərmisi, HIMARS sistemləri üçün döyüş sursatları, hərbi maşınlar, generatorlar və digər hərbi texnika daxildir.
Rəsmi olaraq yeni paketlə bağlı bu gün Vaşinqtonda bəyanat veriləcək.