ABŞ Ukraynaya 31 ədəd “M1 Abrams” tankı verəcək

22:00, 25.01.2023

 

ABŞ Ukraynaya 31 ədəd “M1 Abrams” tankı göndərəcək. Bu barədə ABŞ Prezidenti Co Bayden açıqlayıb.

ABŞ Prezidentinin izah etdiyi kimi, tankların çatdırılmasına və ukraynalı hərbçilərin təliminə bir neçə ay lazım gələcək.

Bayden ABŞ-ın Ukraynaya dəstəyinin Rusiya üçün hücum təhlükəsi olmadığını, bunun Ukraynaya öz suverenliyini qorumağa kömək etdiyini bildirib. Eyni zamanda ABŞ Prezidenti Rusiya Silahlı Qüvvələrinin öz ərazilərinə qayıtmalı olduğunu açıqlayıb.

Co Bayden həmçinin NATO müttəfiqləri və dünya miqyasında tərəfdaşların Ukrayna xalqının öz millətini Rusiyanın təcavüzündən müdafiəsində güclü mövqedə təmsil olunmasını təmin etmək üçün sıx əməkdaşlıq etdiyini xüsusilə vurğulayıb.

“Biz Ukraynaya öz torpaqlarını qorumaqda kömək edirik. Bu, Rusiya üçün hücum təhlükəsi deyil. Heç bir hücum təhlükəsi yoxdur. Biz müharibənin bitməsini istəyirik. Rusiyanın gözləntisi dağılaraq bir yerdə qala bilməyə müvəffəq olmayacağımız idi, lakin biz tam şəkildə birlikdəyik” – deyə Bayden açıqlayıb.

Bayden həmçinin Almaniya kansleri Olaf Şoltsun onun tank göndərmək qərarına təsir etmədiyini bildirib.

Oxşar