ABŞ Ukraynanın enerji sektoruna yardım üçün 53 milyon dollar ayıracaq

20:59, 29.11.2022

 

ABŞ Ukraynanın enerji sektoruna yardım üçün 53 milyon dollar ayıracaq-bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatında deyilir.

Bəyanatda qeyd edildiyi kimi, maliyyə kritik elektrik ötürücü avadanlıqların alınmasına xərclənəcək və ukraynalıların qışdan çıxmasına kömək etmək üçün dərhal Ukraynaya çatdırılacaq.

“Bu çatdırılma paketinə paylayıcı transformatorlar, avtomatik açarlar, elektrik ötürücüləri və digər avadanlıqlar daxildir” -deyə məlumatda deyilir.

Dövlət katibi Entoni Blinken Buxarestdə keçirilən G20-nin genişləndirilmiş görüşündə Ukraynanın enerji sisteminin maliyyələşdirilməsi haqqında açıqlama verib.

Oxşar