ABŞ Silahlı Qüvvələri Vaşinqtonun Kiyevə “Bradley” piyada döyüş maşınlarının ilk partiyasını göndərməsi ilə bağlı məlumat yayır

10:21, 31.01.2023

 

ABŞ Ukraynaya “Bradley” piyada döyüş maşınlarının ilk partiyasını göndərib. Bu barədə məlumatı ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığı yayır.

Bəyanatda qeyd edildiyi kimi, ötən həftə Cənubi Karolina ştatının Şimali Çarlston sahillərindən 60 ədəd “Bradley” Ukraynaya yola salınıb.

ABŞ Silahlı Qüvvələrinin Nəqliyyat Komandanlığının məlumatında göndərilən döyüş maşınlarının Ukrayna qüvvələrinə sərhədlərini Rusiyanın qeyri-qanuni müdaxiləsindən qorumaq üçün əlavə hücum və müdafiə imkanları verəcəyi deyilir.

Oxşar