ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik ticarəti ilə məşğul olan qayıq üzərinə hücum həyata keçirib, qayıqda olan iki nəfər həlak olub
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik ticarəti ilə məşğul olan qayığa hücum həyata keçirib, qayıqda olan iki nəfər həlak olub. Bu barədə ABŞ Cənub Komandanlığı sosial şəbəkədə yazır və hücumu əks etdirən görüntüləri paylaşır.
Onların məlumatına görə, “terror təşkilatları tərəfindən idarə olunan qayığa ölümcül kinetik zərbə” həyata keçirilib.
“Kəşfiyyat təsdiqlədi ki, qayıq Sakit okeanın şərq hissəsində narkotik ticarətinin məlum marşrutu ilə hərəkət edirdi və narkotrafik əməliyyatlarında iştirak edirdi. Bu əməliyyat zamanı iki narkoterrorçu məhv edilib. ABŞ hərbi qüvvələrindən isə xəsarət alan olmayıb”, – ABŞ Cənub Komandanlığının bəyanatında qeyd olunur.