ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıyan qanunvericilik təşəbbüsünü dəstəkləyib
ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiyanın Ukrayna xalqına qarşı hərəkətlərini soyqırım kimi tanıyan qanunvericilik təşəbbüsünü dəstəkləyib.
“Bu qətnamə Ukrayna xalqına qarşı aktiv soyqırımı pisləyir, ABŞ hakimiyyətini gələcək soyqırım aktlarının qarşısını almaq üçün müttəfiqlərimizlə işləməyə çağırır. Həmçinin bu dəhşətli cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün istintaqı dəstəkləyir. Ukrayna xalqının həyatda qalmaq uğrunda mübarizəsinə dəstək olmaq üçün gələcəkdə də hər şeyi etməliyik” – deyə qətnamənin müəllifi, senator Cim Riş açıqlayıb.
Qətnamə layihəsi ABŞ hakimiyyətini, NATO və Aİ müttəfiqləri ilə birlikdə Ukraynanı dəstəkləməyə çağırır. Həmçinin sənəddə Rusiyaya qarşı tribunalın yaradılması və beynəlxalq cinayət təhqiqatının aparılmasına dəstək ifadə olunur.