ABŞ Senatında “gürcü xalqının aktı” ilə bağlı dinləmə təxirə salındı
Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsində “gürcü xalqının aktı” ilə bağlı dinləmə təxirə salındı
Müvafiq məlumat komitənin səhifəsində yayıldı. Bu zaman üçün dinləmənin nə vaxt keçiriləcəyi məlum deyil.
İkipartiyalı qanun layihəsini ABŞ senatoru Ben Kardin, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Cin Şahin, senatorlar Cim Riş, Pit Riketts, Kris Kuns və Lindsi Qrem təqdim ediblər. ABŞ-ın Xarici Əlaqələr Komitəsinin məlumatına əsasən, qanun layihəsi yüksək rütbəli məmurlarının və Gürcüstan hökumətinin üzvlərinin məsuliyyətə cəlb edilməsini nəzərdə tutur. Sənədə yeni sanksiyalar daxildir. Senatın Xarici Əlaqələr Komitəsinin məlumatına görə, eyni zamanda, “qanun layihəsi ABŞ-ın gürcü xalqına sarsılmaz dəstəyini gücləndirəcək”.