ABŞ seçkilərində artıq 78 milyondan çox seçici iştirak edib

20:05, 04.11.2024

 

ABŞ seçkilərində artıq 78 milyondan çox seçici iştirak edib. “BBC”-nin yazdığı kimi, bu, kifayət qədər yüksək göstəricidir və bir neçə ştat erkən səsvermə üzrə rekord yaradıb.

Şimali Karolina erkən səsvermənin nəticələrinə görə liderdir. Bununla yanaşı, qeyd olunan proses üç tərəddüdlü ştatda davam edir: Miçiqan, Viskonsin və Pensilvaniyada.

Ehtimal olunur ki, seçkilərin taleyini, nəticələri gözlənilməz olan yeddi dəyişkən tərəddüdlü ştat müəyyən edir.

ABŞ-da seçkilər noyabrın 5-də keçiriləcək, seçilmiş prezidentin andiçmə mərasimi isə yanvarın 20-də keçiriləcək. Bu, ABŞ tarixində 60-cı prezident andiçmə mərasimi olacaq.

Oxşar